Bakıda motosiklet piyadanı vurub öldürdü - FOTO-VİDEO

Qaydalar 27 Aprel 2017 23:42 Oxunub 2153
Bakıda motosiklet piyadanı vurub öldürdü - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yamaha" markalı motosiklet prospektdə yüksək sürətlə hərəkət edirmiş

Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, 1979-cu il təvəllüdlü Hüseynov Hüseyn Ağamehdi oğludur. Hadisə aprelin 24-də Yasamal rayonunda baş verib. 1992-ci il təvəllüdlü Rüstəmov Elvin Əliağa oğlu idarə etdiyi 10-B-695 dövlət qeydiyyat nişanlı, "Yamaha" markalı motosikletlə İnşaatçılar prospektində yüksək sürətlə hərəkətdə olarkən piyada keçidindən keçən H.Hüseynovu vurub. Nəticədə həm piyada, həm də motosikletin sürücüsü E.Rüstəmov ağır xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh