Azərbaycanın balaca Van Dammı maşınla təhlükəli tryuk göstərdi - VİDEO

Avtosfer TV 28 Aprel 2017 00:41 Oxunub 4653
Azərbaycanın balaca Van Dammı maşınla təhlükəli tryuk göstərdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqda fərasətə bax: 8 yaşlı uşaq avtomobil dişləri ilə dartır

Məşhur aktyor Van Dammın orta yaşlarında etdiklərini Nihad Ağayev 2-ci sinifdə ikən edir. Parlaq gələcəyə sahib olan pəhləvanı siz də tanıyın. Onun 8 yaşı,1 metrdən artıq boyu, 17 kiloqram çəkisi var. Amma etdiyi hərəkətlər yaşından,çəkisindən dəfələrlə artıqdır. 2-ci sinif şagirdi görənləri heyrətləndirir. Mingəçevirdə yaşayan Nihad Ağayev, məşhur hollivud aktyoru Jan-Klod Van Dammın hərəkətlərini yaşının az olmasına baxmayaraq məharətlə təkrarlıyır. Kiçik pəhləvan əvvəlcə iki avtomobilin üzərində olan stullarda "şpaqat" açır. Sonra eyni hərəkəti yanaşı gedən avtomobillərin üstündə davam etdirib. Qeyri-adi gücə malik Nihat Ağayev avtomobili dişi ilə dartmaqla ətrafdakıları da şoka salır. Uşaq atasına məxsus avtomobili yerindən bir neçə metr hərəkətə gətirməyi bacarıb.

Oğlunun qeyri-adi gücə malik olduğunu deyən Emin Ağayev, övladını 4 yaşından məşqlərə aparıb. Emin Ağayev oğlunun qeyri-adi bacarıqları ilə Ginnesin rekordlar kitabına düşəcəyinə inanır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh