Bir günün yol qəzaları: 5 nəfər öldü, 8 nəfər yaralandı - VİDEO

Qəzalar 28 Aprel 2017 00:45 Oxunub 1445
Bir günün yol qəzaları: 5 nəfər öldü, 8 nəfər yaralandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisələr Lənkəran, Astara və Salyan rayonlarında baş verib

Yüksək sürət qəzaya səbəb olub. Dəhşətli qəza Lənkəranda olub. Rayonun Velədi kəndi ərazisində avtomobil əvvəl digər avtomobillə, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub. Güclü zərbə nəticəsindən avtomobil əzilərək yararsız hala düşüb. Hadisə yerinə çağırılan xilasedicilər gərmətük qəsəbə sakini 26 yaşlı Anar Şükürovun və hələki kimliyi məlum olmayan bir şəxsin meyitini əzilmiş avtomobildən çıxarıblar. Digər 3 nəfər Gərmətük qəsəbə sakinləri, 24 yaşlı Mustafa Məcidov ,23 yaşlı Vüqar Ağayev və 26 yaşlı Mahir Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb.

Salynada da 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Salyan rayon sakini, polis əməkdaşı Natiq Məmmədyarovun idarə etdiyi Dovlət yol polisi maşını ilə Astara rayon sakini, Azad Axundovun idarə etdi avtomobil toqquşub.Nəticədə hər iki sürücü, bundan başqa, avtomobillərdə olan sərnişinlər - Allahverdi Əhmədov, Ülvi Sadıqov, Elçin Dadaşov, polis əməkdaşı Elnur Əliyev, Emil Mahmudov xəsarət alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onlardan Azad Axundov və Emil Mahmudov xəstəxanada dünyasın dəyişib.

Astarada isə velosipedçinin ölümü ilə nəticələnən qəza olub. Azadlıq küçəsındə hərəkətdə olan iki avtomobili toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yoldan çıxaraq velosipedçini vurub. Nəticədə velosipedin sürən 39 yaşlı Nahid İsmayılov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hər 3 faktla bağlı araşdırma gedir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh