Bakıda milyarderin bahalı avtomobili satışa çıxarıldı - Təfsilat

Gündəm 28 Aprel 2017 01:16 Oxunub 11090
Bakıda milyarderin bahalı avtomobili satışa çıxarıldı - Təfsilat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb

Ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern” rəhbəri nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobili də kreditdə imiş. Gununsesi.info-nun iş adamına yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb.  Maşını almaq üşün 900 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.

Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu ilə gündəmə gəlmişdi. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh