Dərsə gedən 3 məktəbli uşaq qəzaya düşərək xəsarət aldı - Bakıda

Qəzalar 28 Aprel 2017 09:29 Oxunub 1156
Dərsə gedən 3 məktəbli uşaq qəzaya düşərək xəsarət aldı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləridirlər

Bakının Sabunçu rayonunda 3 məktəbli uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində “Lada” markalı avtomobillə “Mercedes”in toqquşması nəticəsində qeydə alınıb. Qəza zamanı “Lada”da olan 11 yaşlı Eyvazova Aysel Oqtay qızı və onun 13 yaşlı bacısı Eyvazova Yeganə Oqtay qızı, həmçinin 10 yaşlı Cabirov Murad Rauf oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. “Lada” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Hadisə baş verən zaman o, hər üç azyaşlını S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasına dərsə aparırmış.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh