Rusiya Hindistana 200 helikopter satacaq

Gündəm 28 Aprel 2017 09:37 Oxunub 863
Rusiya Hindistana 200 helikopter satacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq saziş iki ölkə arasında 2016-cı ildə imzalanıb

Rusiya Hindistana 200 “Ka-226” tipli helikopter satacaq, onlardan 160-ı lisenziya əsasında Hindistanda istehsal ediləcək. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov prezident Vladimir Putinlə görüşündə bildirib. Onun sözlərinə görə, müvafiq saziş iki ölkə arasında 2016-cı ildə imzalanıb. Putin layihənin dəyəri ilə maraqlanıb. “Bir milyard dollardan çox. Qırx helikopter hazır olandan sonra tədarük ediləcək. Daha 160 helikopter lisenziya əsasında Hindistan ərazisində istehsal ediləcək”, - deyə “Rostex” rəhbəri  bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh