Kişi özünü qatarın altına atdı

Gündəm 28 Aprel 2017 09:41 Oxunub 751
Kişi özünü qatarın altına atdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ucar rayonunda intihara cəhd hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Ucar şəhər 20 yanvar küçəsində yaşayan 1967-ci il təvəllüdlü Adil Mirələkbər oğlu Piriqafarov özünü rayon ərazisində dəmir yol xəttində hərəkətdə olan qatarın alıtına atıb. A.Piriqafarov "Təcili yardım" maşını ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, cərrahiyyə şöbəsinə yerləşdirilən xəstə dərhal əməliyyat  edilib, onun ayağının biri amputasiya olunub. Hazırda xəstənin vəziyyəti orta-ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh