Ruhi xəstə qadın polisə hücum etdi – VİDEO
Gündəm
28 Aprel 2017 09:45
Oxunub 948
İnsident şahidlərdən biri tərəfindən videoya çəkilib
Qazaxıstanın Almatı şəhərində ruhi-əsəb xəstəxanasının pasienti şəhər məktəblərindən birinin ərazisində qadın polisə hücum edib. İnsident şahidlər tərəfindən videoya çəkilib. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, qara dəri plaş geymiş şəxs əvvəlcə futbol oynayan məktəbliyə sataşıb. Ətrafdakı şəxslər və məktəbin sahə müvəkkili onu sakitləşdirməyə çalışıblar. Polis əməkdaşı uşaqdan əl çəkməsini ondan tələb edərkən şəxs hüquq mühafizəçisini təhqir edib, onu itələyərək üzərinə hücum çəkib. Hazırda faktla bağlı istintaq aparılır. Məktəb mühafizəçisinin səhhəti üçün həyati təhlükə olmadığı bildirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR