Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Gündəm 28 Aprel 2017 09:48 Oxunub 728
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Bakının Binəqədi rayonu ərazisində görkəmli alimin adına istirahət parkı, paytaxtda və Naxçıvanda küçə salınıb

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. Avtosfer.az-ın məlumatına görə, Zərifə Əziz qızı Əliyeva 1923-cü ildə Naxçıvan MSSR Şərur rayonu Şahtaxtı kəndində anadan olub. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində görkəmli alimin adına istirahət parkı, paytaxtda və Naxçıvanda küçə salınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh