İki rayona yeni polis rəisi təyin edilib

Yol polisi 28 Aprel 2017 11:24 Oxunub 4117
İki rayona yeni polis rəisi təyin edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazir əmr imzalayıb

Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Quliyev Mübariz İlyas oğlu vəzifəsindən azad edilib. O, Cəlilabad RPŞ-nin rəisi vəzifəsinə təyin edilib. Nazirin digər əmri ilə Cəlilabad RPŞ-nin rəisi Namiq Əlihüseyin oğlu Camalov vəzifəsindən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh