İki maşın toqquşdu: 3 piyada da xəsarət alıb - Bakıda

Qəzalar 28 Aprel 2017 11:38 Oxunub 795
İki maşın toqquşdu: 3 piyada da xəsarət alıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Bu gün səhər saatlarında Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az salamnews-a istinadən xəbər verir ki, “Kia” markalı avtomaşınla “Mersedes” markalı minik avtomaşınları toqquşub, nəticədə “Kia” yolun kənarı ilə gedən 3 piyadanı vurub. Qəza nəticəsində piyadaların hər 3-ü- 40 yaşlı Qənbərov Kənan Azad oğlu, 21 yaşlı Şükürov İlkin Vilayət oğlu və 40 yaşlı Rüstəmov Eldəniz Qəfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından 3 saylı şəhər xəstəxanasına gətiriliblər. Kənan Qənbərovun xəsarətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, digərləri isə ambulator müalicəyə buraxılıblar. Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalara başlanılıb. Polis əməkdaşları zərərçəkənlərin və sürücülərin ifadəsini alıb. Avtomaşınlar cərimə meydançasına aparılıb. Məlum olub ki, zərərçəkənlər qənnadı məmulatları istehsal edən “Koroğlu” MMC-nin əməkdaşlarıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh