Namiq Həsənov uzun müddətdən sonra danışdı: “Hələ ki…”

Yazarlar 28 Aprel 2017 11:43 Oxunub 4980
Namiq Həsənov uzun müddətdən sonra danışdı: “Hələ ki…”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Allah razı olsun. Çox sağolun. Hələ ki burdayıq”

Nəqliyyat Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Namiq Həsənov əvvəllər mətbuatla sıx ünsiyyətdə olsa da, demək olar ki, bir neçə il ərzində media sahəsində nadir hallarda görünür. 13 fevral 2017-ci il tarixində prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bununla da müstəqil fəaliyyət göstərən Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət göstərdiyi 2 aydan çox bir zaman ərzində sabiq Nəqliyyat Nazirliyin mətbuat katibi Namiq Həsənovun harda olduğu, hansı vəzifəni icra etdiyi ilə bağlı mətbuatda heç bir məlumat yoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə a24.az-ın əməkdaşı məsələ ilə bağlı Namiq Həsənovla əlaqə yaradıb. Əməkdaşımızın sualların qısa şəkildə cavab verən mətbuat katibi hər şeyin yaxşı olduğunu və hazırda çalışdığını bildirib:

“Allah razı olsun. Çox sağolun. Hələ ki burdayıq”.

Namiq Həsənov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mətbuat katibi vəzifəsinin vakant olması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

“Boş deyildi. Hələ məsələlər aydınlaşana qədər müsahibə vermirik. İnşallah xəbər olan kimi əlaqə saxlayarıq”.

Xatırladaq ki, Namiq Həsənov 2003-cü ilin iyun ayından sabiq Nəqliyyat Nazirliyinin mətbuat katibi vəzifəsini icra etməyə başlayıb. O ötən il, “Yeni Müsavat”a müsahibəsində bu fikirləri təsdiq edib:

“Mən bundan əvvəl də mətbuat xidmətinin rəhbəri olmuşam. Əvvəllər bir qəzetdə iqtisadiyyat şöbəsinin müdiri olmuşam. Sonra Vergilər Nazirliyində 1 il 10 ay müddətində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi çalışmışam. Daha sonra Lider TV-də 3 il aparıcı işləmişəm. Bəlkə də Azərbaycanda yeganə mətbuat xidmətinin rəhbəriyəm ki, mətbuatdan nazirliyə, sonra nazirlikdən mətbuata qayıtmışam.

 

“Lider TV-dən isə Nəqliyyat Nazirliyinə dəvət olundum və 2003-cü ilin iyul ayından bəri burada fəaliyyət göstərirəm. Mənim televiziyada apardığım verilişi görüb, bəyənib məni dəvət etdilər. Artıq 13 ildir ki, buradayam”, – deyə N.Həsənov əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh