DİN YPX avtomobilinin yol qəzası ilə bağlı məlumat yayıb

Qəzalar 28 Aprel 2017 13:42 Oxunub 2374
DİN YPX avtomobilinin yol qəzası ilə bağlı məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) Salyan rayonunda Yol Patrul Xidmətinin (YPX) "BMW" markalı avtomobilinin iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməsi barədə məlumat yayıb. Avtosfer.az xəbər verir ki, məlumatda bildirilib ki, aprelin 27-də saat 12 radələrində Salyan rayonunun Yenikənd kəndində Astara rayon sakini Azad Axundovun idarə etdiyi "Mercedes" və Natiq Məmmədyarovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub. Nəticədə A.Axundov və sərnişinlərindən Bakı şəhər sakini Emil Mahmudov hadisə yerində ölüb, digər 3 sərnişini, habelə N.Məmmədyarov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh