Qara dənizdə batan gəminin şəxsi heyəti vətənlərinə dönüb

Gündəm 28 Aprel 2017 13:53 Oxunub 1039
Qara dənizdə batan gəminin şəxsi heyəti vətənlərinə dönüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sulara qərq olan gəmi Tartus limanında kəşfiyyat-araşdırma məlumatları toplayacaqdı

Aprelin 27-də Qara dənizdə, Türkiyənin daxili sularında batan Rusiyanın “Liman” araşdırma gəmisinin 78 nəfərlik şəxsi heyəti Atatürk Hava Limanından xüsusi təyyarə ilə ölkələrinə göndərilib. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Belə ki, Qara dənizdə batan Rusiyanın “Liman” araşdırma gəmisi Suriyaya üzürmüş. Sulara qərq olan gəmi Tartus limanında kəşfiyyat-araşdırma məlumatları toplayacaqdı. Qeyd edək ki, İstanbul boğazından 18 mil aralıda, Rusiyanın “Liman” hərbi gəmisi canlı heyvan daşıyan “Aşot-7” adlı yük gəmisi ilə toqquşub. Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları Rusiyanın hərbi gəmisindəki 78 əsgəri xilas edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh