Bazar günü Azərbaycanda hava şəraiti sabit olacaq

Gündəm 28 Aprel 2017 17:14 Oxunub 775
Bazar günü Azərbaycanda hava şəraiti sabit olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

“Bazar günü Azərbaycanda hava şəraiti sabit olacaq”. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, aprel ayının 29-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir: “Sabah qərb rayonlarından başlayaraq qısa bir müddətdə hava şəraiti dəyişəcək. Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Lakin ayın 30-u gündüz saatlarından başlayaraq hava şəraitinin mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh