Bakı-Sumqayıt yolunun bağlanan hissəsi açıldı - FOTO

Gündəm 28 Aprel 2017 17:27 Oxunub 1456
Bakı-Sumqayıt yolunun bağlanan hissəsi açıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sözügedən hissə artıq sürücülərin istifadəsinə verilib

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir-bərpa işləri Ceyranbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində təqribən 1 km-lik hissədə aparılıb. Sözügedən hissə artıq sürücülərin istifadəsinə verilib. Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və  yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilib, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılıb. Bundan başqa, səth və qrunt suların yoldan kənarlaşdırılması üçün təmir-bərpa işlərinin aparıldığı ərazidə yeni drenaj sistem də inşa edilib. Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton tökülüb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh