Hacı İbrahim: "Heç zaman kreditə maşın almamışam"

Gündəm 28 Aprel 2017 17:39 Oxunub 1811
Hacı İbrahim: "Heç zaman kreditə maşın almamışam"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Rolls Royce" maşınımı da 2008-ci ildə nağd şəkildə almışam"

Ölkə mətbuatında "Avesta Concern" şirkətinin rəhbəri, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus avtomobilin bank tərəfindən hərraca çıxarılması ilə bağlı xəbər yayılıb. Gununsesi.info saytının xəbərinə görə, Hacı İbrahim Nehrəmliyə məxsus "Rolls Royce" markalı avtomobil kreditdə olub. Sayt bildirir ki, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb: "Maşını almaq üçün 900 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının "Rolls Royce" markalı avtomobilini hərraca çıxarıb",- deyə məlumatda qeyd olunur. Hacı İbrahim Nehrəmli isə barəsində yazılan bu xəbəri təkzib edib. Avtosfer.az xəbər verir ki, O, musavat.com-a bildirib ki, heç zaman kreditlə avtomobil almayıb: "Mənim VTB banka nə borcum, nə kreditim, nə də onlardan hər hansı bir alacağım olmayıb. "Rolls Royce" markalı qara maşınım da hazırda evdədir. Yayılan məlumat tamamilə yalandır. Camaatın deyəsən işi gücü qurtarıb. VTB banka sorğu versinlər, görsünlər mənim onlara borcum var, yoxsa yox... Heç zaman kreditə maşın almamışam. Kreditlə maşın almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz. Avtomobilə gəlincə isə burada da kreditə girdinsə, qiymətin iki qatını banka qaytarırsan. Ona görə də çətindir. "Rolls Royce" maşınımı da 2008-ci ildə nağd şəkildə almışam".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh