Bakıda PPX avtomobili qəzaya düşdü, 1 yaralı

Yol polisi 29 Aprel 2017 02:37 Oxunub 3610
Bakıda PPX avtomobili qəzaya düşdü, 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Fiat" dənizkəranı yolda hərəkətdə olarkən yolayrıcı dəmir çəpərə çırpılıb

Bakıda Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil qəzaya uğrayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Suraxanı RPİ-nin polis serjantı, 1977-ci il təvəllüdlü Şahbuzov Sübhan Tağı oğlu idarə etdiyi xidməti "Fiat" markalı avtomobil ilə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən keçən dənizkəranı yolda hərəkətdə olarkən yolayrıcı dəmir çəpərə çırpılıb. Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Nəticədə polis ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil Suraxanı RPİ-nin cərimə meydançasına aparılıb. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh