Yol polisi bağça uşaqları arasında təbliğata başladı - FOTOLAR

Yol polisi 29 Aprel 2017 23:23 Oxunub 1484
Yol polisi bağça uşaqları arasında təbliğata başladı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsini vacib sayır

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Badamdar qəsəbəsində yerləşən daha bir uşaq bağçasından yol hərəkəti qaydalarının təbliğinə həsr edilmiş tədbir keçirib. Avtosfer.az xəbər verir ki, tədbirdə 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin nümayəndələri də iştirak edib. Bakı şəhər DYP-nin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bu kimi tədbirlərin keçirilməsi uşaqlar arasında yol hərəkəti qaydaları ilə bağlı ilkin vərdişlərin formalaşmasında böyük rol oynayır. Odur ki, DYP uşaqlar arasında təbliğat işinə xüsüsi önəm verir: “Bəzən uşaqlar öyrəndiklərini evdə valideynlərindən də tələb edir. Bu da təbliğatın effektini göstərir”.

Bağça müdirəsi Elmira Muradova bildirib ki, burada uşaqlar üçün yol hərəkəti qaydalarını əyani şəkildə öyrətmək imkanı yaradılıb. Bunun üçün hər bir şərait var. Svetoforun iş prinsipi, piyada keçidindən istifadənin əhəmiyyəti və yolda hərəkət qaydaları uşaqlara müxtəlif dillərdə öyrədilir.

Tədbirdə uşaqlar yol hərəkəti qaydaları ilə bağlı səhnəcik nümayiş etdiriblər.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh