Maşın piyadanı vuraraq üzərindən keçdi - Bakıda

Qəzalar 29 Aprel 2017 10:14 Oxunub 1127
Maşın piyadanı vuraraq üzərindən keçdi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərərçəkmişin hər iki ayağı amputasiya edilib

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Dadaşov Tərlan Məmmədağa oğlu dostları ilə kafedən çıxıb yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Avtomobil onun üzərindən keçib. Nəticədə yaralı ağır kəllə-beyin və bədən travması ilə xəstəxanaya yerləşdirilib. Onun hər iki ayağı amputasiya edilib. Vəziyyəti ağırdır. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh