Yaşlı kişini maşın vurdu - Salyanda

Qəzalar 29 Aprel 2017 10:15 Oxunub 1016
Yaşlı kişini maşın vurdu - Salyanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Yaralının vəziyyəti ağırdır

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Süd zavodu adlanan ərazisində qeydə alınıb. Salyan şəhəri, Əlövsət Quliyev küçəsi, bina 8, ev 8 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Zakir Əvəz oğlu Həsənovu yol ilə gedərkən minik avtomobili vurub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadanı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Z.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh