Məktəbdən gələn şagirdi avtomobil vurdu - Mingəçevirdə

Qəzalar 29 Aprel 2017 10:21 Oxunub 822
Məktəbdən gələn şagirdi avtomobil vurdu - Mingəçevirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mingəçevir Şəhər Polis Şöbəsində faktla bağlı təhqiqat aparılır

Mingəçevir şəhərində məktəbdən gələn 9 yaşlı şagirdi maşın vurub. Avtosfer.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. Belə ki, Əlövsət Allahverdi oğlu Abdullayev idarə etdiyi “VAZ-2106” markalı, 10-ES-946 dövlət-qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən məktəbli 2008-ci il təvəllüdlü Vüsal Vüqar oğlu Kazımovu vurub. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, V.Kazımov qapalı kəllə-beyin travması və üz nayihəsinin sıyrıqları diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilib. Mingəçevir Şəhər Polis Şöbəsində faktla bağlı təhqiqat aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh