Uber “uçan taksilər” yaradacaq - VİDEO

Texnologiya 29 Aprel 2017 19:33 Oxunub 1509
Uber “uçan taksilər” yaradacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu şəhərdə hərəkəti 30 dəqiqədən 5-ə endirməyə imkan verəcək

Uber şirkəti 2020-ci ildə “uçan taksiləri” sınaqdan keçirməyi planlaşdırır. Bu haqda məlumatı isə şirkətin direktorlarından biri Ceff Holden verib. Avtosfer.az-ın "telegraph"a istinadən verdiyi xəbərə görə, sınaqlar Dubayda (BƏƏ) və Dallasda (Texas ştatı) keçiriləcək.  Planlara görə, “Uçan avtomobillər” 2023-cü ildən başlayaraq taksi qismində fəaliyyət göstərəcək. Bu şəhərdə hərəkəti 30 dəqiqədən 5-ə endirməyə imkan verəcək. Holden “uçan taksilər”-in yaradılmasını Uber şirkəti üçün “növbəti addım” adlandırıb. Məsələnin texniki tərəfilə isə Uber şirkətinin artıq müqavilə bağladığı Aurora Flight Sciences, Bell Helicopter, ChargePoint, Embraer, Mooney və Pipistrel Aircraft şirkətləri məşğul olacaq. Bundan əlavə, Uber layihə üzərində iş üçün NASA-nın keçmiş mühəndisi Mark Mur-u dəvət edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh