Bu il 1000-dən çox miqrant Aralıq dənizində boğulub - HESABAT

Gündəm 29 Aprel 2017 13:30 Oxunub 718
Bu il 1000-dən çox miqrant Aralıq dənizində boğulub - HESABAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Aprel ayı isə ən çox miqrantların həlak olduğu ay olub"

“Bu ilin əvvəlindən bəri Aralıq dənizində 1000-dən çox miqrant boğularaq həlak olub”. Avtosfer.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) yaydığı hesabatda deyilir. Hesabatda qeyd olunur ki, 2017-ci il martın 1-dən aprelin 28-dək olan müddətdə 1089 nəfər insan Aralıq dənizində boğularaq həlak olub və yaxud da itkin düşüb: “Bu ilin əvvəlindən bəri Avropaya dəniz yolu ilə 43 min 357 nəfər qaçqın miqrasiya edib. Bu ilin aprel ayı isə ən çox miqrantların həlak olduğu ay olub. Digər aylarda həlak olan insanların sayı aprel ayından üç dəfə azdır. 2015-ci ilin aprelində isə 1222 nəfər miqrant həyatını itirib”. (publika.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh