Polkovnik Hüseynov: "Ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar"

Gündəm 29 Aprel 2017 16:37 Oxunub 1320
Polkovnik Hüseynov: "Ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanı daim hədələyən Ermənistan ordusunda vəziyyət, əslində, çox bərbaddır

Ermənistanda olan bəzi hərbi texnikalar çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında ehtiyatda olan polkovnik Kamal Hüseynov Ermənistanın "OSA" zenit-raket kompleksindən istifadə etməsi, ondan buraxılan raketin heç bir hədəfə dəymədən boş əraziyə düşməsini şərh edərək bildirib. Onun sözlərinə görə, Azərbaycanı daim hədələyən Ermənistan ordusunda vəziyyət, əslində, çox bərbaddır: "Erməni tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi. Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər. Məndə olan məlumata görə, raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri "həmişə yüksək olan" erməni hərbçiləri digər raketlə öz pilotsuz uçuş aparatlarını da məhv ediblər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh