Qaydalardan xəbəri olmayan sürücü - VİDEO

Avtoreyd 30 Aprel 2017 00:09 Oxunub 1930
Qaydalardan xəbəri olmayan sürücü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Eyni anda bir neçə avtomobilə qəza şəraiti yaradır

Avtosfer.az-ın daimi oxucusu saytın elektron ünvanına maraqlı bir video göndərib. Görüntülər Rəşid Behbudov küçəsində qeydə alınıb. Belə ki, ikinci zolaqla hərəkət edən 99 DR 624 dövlət nömrə nişanlı avtomobilin sürücüsü zolaq üzrə hərəkətin tələbləri pozaraq eyni anda bir neçə avtomobilə qəza şəraiti yaradır. Rəşid Behbudov küçəsindən “Təzə bazar” istiqamətinə dönmək istəyən sürücü düzünə hərəkət nişanının tələblərini pozaraq sol birinci zolaqdan dönmək əvəzinə, ikinci zolaqdan birbaşa sola dönmə edir. Həmçinin yalnız yol ayrıcına çatanda dönmə işqlarını  yandıran sürücü arxadan gələn nəqliyyat vasitəsinə qəza şəraiti yaradır. Eyni zamanda sol zolaqla hərəkət edən avtomobilin qarşısını kəsərək dönür.  Bu isə İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci madəsinə görə 40 manat cərimədir. 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh