Təyyarə qəzasında 8 nəfər öldü

Gündəm 30 Aprel 2017 01:09 Oxunub 867
Təyyarə qəzasında 8 nəfər öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə qəzasında hərbçilərin həlak olduğu açıqlanıb

Kubada radarlardan itmiş An-26 təyyarəsinin qəzaya uğradığı məlum olub. "Report" xəbər verir ki, bu barədə "Ciber Cuba" portalı məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə adanın qərbində, Pinar-del-Rio vilayətində baş verib. "Biz Kuba hökumətindən aviaşirkətin hava insidenti barədə xəbərin təsdiqini aldıq. Təəssüf ki, bizə həmçinin həlak olanların da olduğunu təsdiqlədilər" – deyə portal bildirib. NTN24 telekanalı isə təyyarə qəzasından heç kimin sağ çıxmadığını xəbər verib. Telekanal bildirib ki, qəza zamanı sərnişinlər də, ekipaj üzvlərinin də hamısı həlak olub. Kubanın Silahlı Qüvvələri təyyarə qəzasında 8 hərbçinin həlak olduğunu bildirib. "Reuters"in məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilir. Qeyd olunur ki, qəza zamanı ekipaj üzvləri də daxil olmaqla 8 nəfər ölüb. Hadisənin başvermə səbəblərinin araşdırılması ilə xüsusi komissiya məşğul olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh