Cəlilabadda 11 yaşlı yeniyetməni avtomobil vurub

Qəzalar 30 Aprel 2017 01:24 Oxunub 961
Cəlilabadda 11 yaşlı yeniyetməni avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elvin Museyibov komaya düşüb

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovu avtomobil vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərilib. Yaralının beyninə qan sızdığından E.Museyibov tomoqrafiya aparatının olduğu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata görə, hazırda E.Museyibov koma vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

 

“Report”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh