Avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər xəsarət alıb

Qəzalar 30 Aprel 2017 01:36 Oxunub 1131
Avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü idarəetməni itirərək avtomobili işıq dirəyinə və ağaclara çırpıb

Mingəçevirdə yol qəzası baş verib. "Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu Bağ küçəsində qeydə alınıb. Belə ki, Heydər Əliyev prospekti ilə Xaldan qəsəbəsi istiqamətində hərəkət edən "Mersedes" markalı 09-BJ-440 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Rauf Qabil oğlu Kərimov idarəetməni itirərək avtomobili yol kənarındakı işıq dirəyinə və ağaclara çırpıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh