Təqib edilən sərxoş sürücü qızı vurub öldürdü - VİDEO

Avtoxəbər 30 Aprel 2017 01:39 Oxunub 4472
Təqib edilən sərxoş sürücü qızı vurub öldürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"BMW X5"in sürcüsü sərxoş vəziyyətdə hərəkət edirmiş

Rusiyanın Barnaul şəhərində ağır yol qəzası baş verib. Avtosfer.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, təqib edilən "BMW X5" avtomobilinin sürcüsü sərxoş vəziyyətdə Dmitrova küçəsi ilə hərəkət edib. Sürücü işıqforun qadağanedici işığında yol kəsişməsinə daxil olduğu zaman ölümlə nəticələnən qəza törədib. "BMW" avtomobili “Lada Largus” markalı maşınla toqquşduqdan sonra işıqforun yaşıl işığında piyada keçidi ilə hərəkət edən qızı vurub. Qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. “Lada Largus”-un sürücüsü də hadisədən sonra xəstəxanaya yerləşdirilib. "BMW X5" avtomobilinin 1993-cü il təvəllüdlü sərxoş sürücü tərəfindən idarə edildiyi məlumdur. Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh