Avtomobil dirəyə çırpıldı: 2 nəfər xəsarət alıb - Şirvanda

Qəzalar 30 Aprel 2017 10:07 Oxunub 974
Avtomobil dirəyə çırpıldı: 2 nəfər xəsarət alıb - Şirvanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar ilk tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdiriliblər

Şirvan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, minik avtomobilinin yolun kənarındakı dirəyə çırpılması nəticəsində sərnişinlər - şəhərin Mehmandarov küçəsinin sakinləri, 26 yaşlı Vadim Viktoroviç Durakov və 27 yaşlı İntiqam İsgəndər oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ilk tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh