Stalinin, Yelçinin və Qarbaçovun maşınları - Qalın zirehlər və güclü mühərriklər - VİDEO

Avtodünya 1 May 2017 01:39 Oxunub 2810
Stalinin, Yelçinin və Qarbaçovun maşınları - Qalın zirehlər və güclü mühərriklər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəziləri prezidentlərin, bəziləri isə tanınmış şəxslərindir

Lüks salonlar, qalın zirehlər və güclü mühərriklər. Ötən əsrin ən yaxşı avtomobilləri Moskvada nümayiş etdirlir. Bir vaxtların ən konfortlu maşınları hesab edilən bu avtomobillər prezidentlərin, tanınmış şəxslərin və milyonçularin seçimi olub. əksəriyyəti isə ssr-ni rəhbər şəxslərinin maşınları olub. Təkcə bu yerdə Stalinin, Yelçinin və Qarbaçovun maşınlarını görmək olur. Zavodlardan məhdud sayda çıxan avtomobillər bəzi xüsusi sifarişlərlə bir və ya maksimum iki ədəd olaraq buraxılırdı.

"Zil" istehsalı olan "Raisa" adlı gördüyünüz bu maşın da Qrabaçovun xanımı Raisa Qarbaçova üçün istəhsal edilmiş yeganə avtomobildir. Lakin Raisa Qarbaçova onun adını daşıyan bu avtomobili bəyənməyib. Retro avtomobillər sırasında hələ o vaxtın kosmonavtlar üçün istehsal edilmiş maşınları da görmək olur. Suda və quruda rahat hərəkət edə bilən xüsusi təyinatlı bu maşınlar kosmonavtların uçuş sonrası xilası və axtarışı zamanı istifadə edilib. Böyük həssaslıqla qorunub saxlanılan bu avtomobillərin əksəriyyətii işlək vəziyyətdədir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh