Qadın sürücü qəza törətdi - Rəfiqələri yaralandı, qəsəbə işıqsız qaldı

Avtoxəbər 1 May 2017 01:55 Oxunub 1414
Qadın sürücü qəza törətdi - Rəfiqələri yaralandı, qəsəbə işıqsız qaldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Toyota Corolla" markalı avtomobil işıq dirəyinə çırpılıb

Abşeron rayonu Saray qəsəbəsində yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 99-BH-303 dövlət qeydiyyat-nişanlı "Toyota Corolla" markalı avtomobil işıq dirəyinə çırpılıb. Nəticədə dirək aşmasa da, onun üzərindən gedən naqillər qırılıb və qəsəbəyə verilən elektrik enerjisi kəsilib. Hazırda qəsəbənin bir hissəsi işıqsız qalıb. Problemin aradan qaldırılması istiqamətində iş gedir. Sakinlərin sözlərinə görə, avtomobili qadın idarə edib və özündən savayı maşında onun 3 rəfiqəsi də olub. Nəticədə onların hamısı xəsarət alıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh