Qırmızı işığı saymayan “Porsche” sürücüsü – 010 - VIDEO

Avtoreyd 8 May 2017 08:59 Oxunub 4517
Qırmızı işığı saymayan “Porsche” sürücüsü – 010 - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü svetofora əhəmiyyət verməyərək hərəkəti davam etdirib

Aprelin 28-də Bakının Neftçilər prospekti ilə Bülbül küçəsinin kəsişməsində yerləşən svetoforun qırmızı işığında hərəkət edən 90-TS-010 qeydiyyat nişanlı "Porsche" markalı avtomobil Avtosfer.az-ın kamerasına düşüb. Avtomobilin sürücüsü svetoforun qırmızı işığının yanmasına əhəmiyyət verməyərək yolayrıcına daxil olub və hərəkəti davam etdirib.

Hansı ki, o, qırmızı işıqda dayansaydı cəmi bir neçə saniyə vaxtı gedəcəkdi. Bu tip sürücülər belə vəziyyətdə bir neçə saniyəni itirmək istəmirlər. Və bu saniyələr bəzən bir neçə insan ömrünü məhv edə bilir...

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh