Yekaterinburq şəhərindən Lənkərana aviareys açılacaq

Yeniliklər 1 May 2017 11:58 Oxunub 934
Yekaterinburq şəhərindən Lənkərana aviareys açılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Rosaviasiya” İdarəsi bunun üçün Nordwind Airlines icazə verib

Rusiyanın "Nordwind Airlines" aviaşirkəti Yekaterinburqdan Lənkərana mütəmadi aviareyslər yerinə yetirəcək. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, aviaşirkət qeyd edilən istiqamət üzrə uçuşlar həyata keçirmək üçün "Rosaviasiya” İdarəsindən müvafiq icazə alıb. Aviaşirkət Yekaterinburq-Lənkəran reyslərini həftədə 3 dəfə həyata keçirməyi planlaşdırır. "Aviaşirkət, həmçinin Moskva və Sankt-Peterburqdan da Lənkərana uçmağı planlaşdırır", - deyə məlumatda əlavə edilib. Qeyd dək ki, hazırda Yekaterinburqun Koltsovo beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar yerinə yetirilir. Uçuşları "Ural Airlines" icra edir. Koltsovo beynəlxalq hava limanı mart ayının sonundan yay qrafikinə keçib. Bu mövsümdə Yekaterinburqdan 34 aviaşirkət 79 istiqamət üzrə uçuşlar yerinə yetirəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh