Bakıda sürücüləri cərimələmək üçün yeni üsul – FOTO

Xəbərlər 1 May 2017 13:35 Oxunub 6958
Bakıda sürücüləri cərimələmək üçün yeni üsul – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər “çeksiz” avtomobillərin şəkillərini çəkib cərimələyir, protokol qoyub gedirlər

Bakıda parkinq aparatlarına qəsdən taxta salırlar ki, ödəniş etmək mümkün olmasın. Nəticədə, yol polisləri gəlib avtomobilləri cərimələyirlər. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bunu Bakı sakini Rüfət Qurbanov bildirib. O, hətta dəqiq ünvanı da göstərib: “Artıq neçə gündür qarşılaşdığım bir problemdir. İnsanlar əziyyət çəkirlər. Deməli, parkinq aparatına qəsdən taxta salıblar ki, qəpik atmaq mümkün olmasın. Nəticədə də polislər “çeksiz” avtomobillərin şəkillərini çəkib cərimələyir, protokol qoyub gedirlər. Rəşid Behbudov - Şamil Əzizbəyli 148 ünvanındakı iki aparatın ikisi də belədir”.

http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTcvMDUvMDEvMTEvMDUvMTkvODMyL3BhcmtpbnEgMi5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNTkweDU5MFx1MDAzZSJdXQ?sha=e29891eb

ŞƏRH YAZ
Ad

E-mail

Şərh