Kanala düşən sürücü: "Maşınım sərinləmək istədi" - FOTOLAR

Avtodünya 1 May 2017 21:05 Oxunub 1784
Kanala düşən sürücü: "Maşınım sərinləmək istədi" - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu şəhərdə yaşamaq bir başqadır" yazısı ilə maraqlı fotolar ortaya çıxıb

Türkiyənin Adana şəhərində idarəetməni itirən sürücü avtomobilini kanala salıb. Qaynar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dalğıclar suda tərsinə dönən avtomobilin sürücüsünü xilas ediblər. Sürücü Fadıl Akça hadisə barədə soyuqqanlı şəkildə açıqlama verib: "Avtomobilim hava isti olduğu üçün sərinləmək istədi, amma mən sərinləyə bilmədim. Sərinləməyim üçün buzlu suya ehtiyacım var". Ətrafda heç kimin olmadığını görən, dalğıc polis bir müddət avtomobilin üzərində oturaraq gözləyib.

Dalğıcın arxasında, körpüdə yazılan "Bu şəhərdə yaşamaq bir başqadır" yazısı ilə maraqlı fotolar ortaya çıxıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh