Yanacaqdoldurma məntəqəsində telefonla danışdı və… - VİDEO

Avtosfer TV 2 May 2017 00:14 Oxunub 3153
Yanacaqdoldurma məntəqəsində telefonla danışdı və… - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən kiçik ehtiyatsızlıq insan itkisi ilə nəticələnir

Avtomobilləri istər maye, istərsə də qaz kimi yanacaqlarla təmin edən yanacaqdoldurma məntəqələri insanların daha çox istifadə etdiyi obyekt olmaqla partlayış kateqoriyalı ən təhlükəli obyektlər siyahısına daxildir. Təsadüfi deyil ki, yanacaqdoldurma məntəqələrində ən kiçik ehtiyatsızlıq insan itkisi ilə nəticələnir. Bu səbəbdən yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsinə yol verməmək üçün bir sıra qaydalara da əməl olunmalıdır. Belə qaydalardan biri də həmin ərazidə mobil telefonlardan istifadə olunmasıdır. Bu qadağaya riayət etməməyin faciəvi sonluğu ilə bağlı videonu təqdim edirik.

Qeyd edək ki, yanacaqdoldurma məntəqələrində mobil telefonlardan istifadə olunması yanğın təhlükəsizliyi qaydalarına ziddir. Yadda saxlamaq lazımdır ki, cib telefonlarının açılması və ya zəng çalması nəticəsində yaydıqları dalğa yanmaya səbəb olacaq kiçik qığılcımın meydana gəlməsi üçün kifayət edəcək qədər enerji yaradır. Bu səbəbdən də  yanacaqdoldurma məntəqələrində olarkən və ya maşınlara, motorlu qayıqlara yanacaq doldurarkən mobil telefonlardan qəti surətdə istifadə edilməməlidir.

 

Faktxeber

ŞƏRH YAZ
Ad

E-mail

Şərh