Tıxaclara son qoyacaq layihə hazırlandı - VİDEO

Texnologiya 2 May 2017 00:21 Oxunub 5178
Tıxaclara son qoyacaq layihə hazırlandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşın liftlə tunelə enəcək və saatda 200 km sürətlə mənzil başına çatdırılacaq

SpaceX və Tesla-nın yaradıcısı İlon Mask dünyanı tıxaclardan xilas edəcək yeni yeraltı sürət tunellərinin videoçarxını nümayiş etdirib. O, eyni zamanda yeni layihəsi barədə ətraflı məlumat verib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, TED Talk layihəsi çərçivəsində çıxışı zamanı İlon Mask xəbər verib ki, gələcək avtomobillər yollardakı xüsusi platformalarda dayanaraq lift vasitəsilə tunelə enəcək. Bu elektroplatforma maşını üfüqi istiqamətdə rels sisteminə doğru hərəkət etdirəcək, nəqliyyat vasitəsinin özü isə tərpənmədən dayanacaq. Belə sürət tunellərdə saatda 200 km olacaq. Bu zaman avtomobillər yanacaq da sərf etməyəcəklər. "Hazırda biz Los-Ancelesin altında çala qazmağa cəhd edirik. Bu, üçölçülü tunellər şəbəkəsinin başlanğıcı olmalıdır" — deyə İlon Mask bildirib.

Qeyd etmək lazımdır ki, The Boring Company-nin bu layihəsi keçən ilin sonlarında hazırlanıb və Maskın sonuncu layihələrindən biridir. Layihənin rəhbəri SpaceX-in mühəndisi Stiv Devisdir. İlkin informasiyalara görə, yeraltı şəbəkə 30 səviyyəli tuneldən ibarət olacaq. Lakin ekspertlər bəyan ediblər ki, bu ideyanın reallaşdırılması üçün onilliklərlə vaxt lazımdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh