Bakıda bayker də “avtoş”luq edir - VİDEO

Avtoreyd 3 May 2017 23:53 Oxunub 4282
Bakıda bayker də “avtoş”luq edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Son bir həftədə Bakıda iki nəfəri motosiklet vurub

Aprelin 30-u Mərdəkandan Bilgəhə gedən yolda motosiklet sürücüsünün qayda pozuntusu Avtosfer.az-ın kamerasına düşüb. Bu yolun keçdiyi ərazi yaşayış məntəqəsi sayıldığı üçün 60 km/saat sürət təşkil olunmasına baxmayaraq yüksək sürətlə hərəkət edən motosiklet sürücüsü həm avtomobillərə, həm də piyadalara təhlükə yaradıb.

Videoya diqqətlə baxanda aydın şəkildə görünür ki, motosikletin yüksək sürətlə, həm də ziqzaqvari hərəkət edir. Bunu görən piyadalar yoldan kənara çəkilərək öz etirazlarını bildirirlər.

Motosiklet ən təhlükəli nəqliyyat vasitəsi sayılmağına baxmayaraq sürücü buna əhəmiyyət vermədən ürəyi istədiyi sürətlə hərəkət edir. Bunun nəticəsidir ki, artıq son bir həftədə Bakıda motosiklet iki nəfəri vurub. Onlardan ikisi də yerindəcə ölüb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Əhməd 7 May 2017 11:09
birinci siz avtomobil sürücüsün döngə işıqlarını yandırmadığını deyin sonra videoda motosiklet sürənə mız qoyun .