"Bəs biz nə ilə gedək?": Sürücü polislə mübahisə etdi – FOTO+VİDEO

Avtoreyd 2 May 2017 14:29 Oxunub 1959
"Bəs biz nə ilə gedək?": Sürücü polislə mübahisə etdi – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürücülərə tövsiyə odur ki, sərnişindaşıma qaydalarını pozmasınlar"

Sərnişinləri mənzil başına çatdırmaq istəyi sürücüyə cərimə hesabına başa gəlib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, normadan artıq sərnişin yığmaqla yaratdığı təhlükənin fərqində olmayan belə sükan sahiblərinə keçirilən reyd zamanı az rast gəlinməyib.

Sakin: "Nə ilə gedək bəs? Maşın verin gedək".

Bakı-Qazax magistralının Goranboy rayonu ərasizində yol polisinin keçirdiyi reyd Gəncə istiqamətinə qanunu pozaraq sərnişin daşıyan iri və orta tutumlu ictimai nəqliyyat vasitələrinin sürücülərinin məsuliyyətə cəlb edilməsinə səbəb olub.

Vüqar Hüseynov - Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi: "Sürücülərə tövsiyə odur ki, sərnişindaşıma qaydalarını pozmasınlar. Maşınlara əlavə avadanlıqlar qoşmasınlar və gündəlik xəttə çıxan zaman həkim müayinəsindən keçsinlər".

 

Reyd zamanı 30 halda inzibati qaydanın pozulması aşkar edilib. Bunlardan 9-u sərnişindaşıma qaydalarının pozulması, 4 protokol avtomobilin konstruksiyasına əlavə avadanlıqların qoşulması, qalan hüquqpozmalar isə ötmə, manevr etmə qaydalarının pozulması, sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi olub.

http://img.milli.az/2017/05/02/540862_02.jpg

http://img.milli.az/2017/05/02/540862_03.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh