ABŞ casus təyyarələrini Yaponiyaya yerləşdirdi

Texnologiya 2 May 2017 19:31 Oxunub 1482
ABŞ casus təyyarələrini Yaponiyaya yerləşdirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların fəaliyyəti üçün Yokosuka bazasına 110 mütəxəssis gələcək

Amerika Yaponiyadakı Yokosuka hərbi bazasına “Qlobal Havk” pilotsuz casus təyyarələrini yerləşdirir. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı NHK televiziyası yayıb. Televiziya ilk belə təyyarənin dünən bazaya gətirildiyini bildirib. Daha 4 təyyarənin isə yaxın günlərdə gətiriləcəyi gözlənilir. Bu təyyarələr Yaponiyada oktyabra qədər qalacaq. Onların fəaliyyəti üçün Yokosuka bazasına 110 mütəxəssis gələcək. Bu təyyarələr Yaponiyada Şimali Koreyanın nüvə və raket proqramlarının izlənilməsi üçün yerləşdirilib. Qeyd edək ki, bu təyyarələr 16 min metr məsafədən müşahidə aparmaq imkanına sahibdirlər. Uçuşun maksimal müddəti 34 saatdır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh