"Aston Martin V12 Vantage S" - FOTO

Avtodünya 2 May 2017 21:00 Oxunub 1655
"Aston Martin V12 Vantage S" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil şirkətin Kembricdəki dileri vasitəsilə satışa çıxıb

"Aston Martin" şirkəti ötən il xüsusi "V12 Vantage S Spitfire 80" modelini istehsal edib. Satışları uğurlu alınan avtomobil "Spitfire" təyyarələrinin istehsalının 80 illiyinə həsr edilib. Avtomobil şirkətin Kembricdəki dileri vasitəsilə satışa çıxıb. Yeni modelin qiyməti 180 min avrodur. İngiltərədən kənara satışların hansı qiymətə qədər artacağı məlum deyil. Xüsusi "Q" bölməsi avtomobilin yığılmasına görə cavabdehdir. Kuzovun unikal yaşıl rəngi, qeyri-adi səsboğucu sistemi avtomobili daha da yaraşıqlı edir. Ön spoyler və arxa diffuzoru da qeyd etmək lazımdır. Salonda üzərinə "Spitfire 80" yazılı ayaqaltılar peyda olub. Əlavə qiymətə müştərilər dəbilqə, gödəkçə və yay eynəkləri sifariş edə bilərlər. Yeni model 5.9 litr həcmli, V12 obrazlı mühərriklə təchiz edilib. 565 at gücü olan aqreqat 100 km/saat sürəti cəmi 3 saniyəyə yığmağa kömək edir.

https://s1.cdn.autoevolution.com/images/news/gallery/aston-martin-v12-vantage-s-spitfire-80_2.jpg

https://s1.cdn.autoevolution.com/images/news/gallery/aston-martin-v12-vantage-s-spitfire-80_3.jpg

https://s1.cdn.autoevolution.com/images/news/gallery/aston-martin-v12-vantage-s-spitfire-80_4.jpg

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh