Sürücülərdən yığılan cərimələr yeni qaydada bölüşdürüləcək

Avtoxəbər 2 May 2017 17:14 Oxunub 5259
Sürücülərdən yığılan cərimələr yeni qaydada bölüşdürüləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyi təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” qanununa edilən dəyişikliyi təsdiq edib. Avtosfer.az-ın xəbərinə görə, dəyişikliklə qanunun II hissəsi yeni redaksiyada verilir: Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu qanun 2017-ci il mayın 1-dən qüvvəyə minir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh