Azərbaycanlı gənc hazırladığı maşınları satışa çıxardı - VİDEO

Avtodünya 2 May 2017 23:07 Oxunub 1878
Azərbaycanlı gənc hazırladığı maşınları satışa çıxardı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu maşınlar milyonlarla qiyməti olan "Ferrari” və "Lotus”un bənzəridir

Azərbaycanlı gənc özü dizayn etdiyi yarış avtomobillərini satır. Onun hazırladığı maşınlar milyonlarla qiyməti olan "Ferrari” və "Lotus”un bənzəridir. Sübhan Sadıqov avtomobilləri hazırlamağa uzun müddət vaxtının getdiyini, hazırda isə başqa bir model üzərində çalışdığı üçün maddi problemlər yaşadığını deyir. Elə avtomobilləri də yeni maşınlar düzəltmək üçün satır. Birini "BMV” mühərriki, digərində isə "VAZ 2107” mühərriki ilə yığan Sübhan avtomobillərin zavod istehsalı olan maşınlardan heç də geri qalmadığını deyir. Lakin o, maşınları sənədləşdirməkdə çətinlik çəkir . Elə buna görə də heç yerdə sürə bilmədiyindən maşınları ancaq süvenir kimi reklam və çəkilişlərə icarəyə verməklə çəkdiyi xərci çıxarır.

Maşınlar sürmək üçün bütün texniki təchizatla təmin olsa da, sahibi sənədləşdirməkdə çətinlik çəkir. Maşınları şəhər yollarında sürməyə icazə olmadığından avtomobillər süvenir kimi satılır. Qiymətləri isə 6 milyonluq real "Formula -1” avtomobilindən 200 dəfə ucuz -35 min manatadır.

Sübhan maddi çətinliklərə baxmayaraq, yeni modeli ərsəyə gətirməkdə israrlıdır. Onun sözlərinə görə, hazırladığı yeni model avtomobil bu iki avtomobildən də daha fərqli və yaxşı olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh