Maşını düzgün park etməyən sürücünü toydan çıxan kimi döydülər - Bakıda

Avtoxəbər 2 May 2017 23:37 Oxunub 4097
Maşını düzgün park etməyən sürücünü toydan çıxan kimi döydülər - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə Zamiq Əliyev xəstəxanaya yerləşdirilib.

Bakının Xətai rayonunda toydan çıxan şəxs döyülüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən "Təbrik" şadlıq sarayının qarşısında baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Əliyev Zamiq Saleh oğlu sözügedən şadlıq evindən çıxarkən avtomobil duracağında nəzarətçi ilə əlbəyaxa olub. Onların arasında mübahisə avtomobilin düzgün park edilməməsi üstündə düşüb. Nəticədə Zamiq Əliyev döyülüb. O xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh