"Kitayski" benzin - Havadan yanacaq çıxdı

Texnologiya 3 May 2017 19:35 Oxunub 2213
"Kitayski" benzin - Havadan yanacaq çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çinli alimlər ziyansız və ucuz benzin kəşf ediblər

Hər şeyin sürəti çıxarmaq üzrə ixtisaslaşan çinlilər bu dəfə daha böyük addım ataraq havadan benzin alıblar. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, Dalyandakı Kimya-Fizika İntitutunun mütəxəssisləri hindrogen və karbonat qazından benzinə bənzəyən yanacaq əldə edən qurğu hazırlayıblar.  Kimyaçıların fikrincə, yeni kəşf həm qlobal istiləşmə ilə mübarizədə kömək edə, həm də tükənən təbii sərvətlərin bəşəriyyət tərəfindən bitirilməsi problemini həll edə bilər. Qurğuda adi su filtrlərində geniş tədbiq edilən nanohissəciklərdən istifadə edilir. Bu 1000 saata yaxın çalışaraq, benzin və bənzər yanacaqları əldə etməyə imkan verir.  Yanma qabiliyyəti olan qarışığı əldə etmək üçün enerji mənbəsi kimi günəş batareyalarından istifadə nəzərdə tutulub. Bu isə ətraf mühitə ziyanı azaldır. Çinli alimlər bunun bənzər qurğu yaradılmasında ilk uğurlu nəticə olduğunu açıqlayıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh