Avtomobilə qanunsuz pərdə və plyonka vuranlar cərimələnir - REYD - VİDEO

Avtoxəbər 3 May 2017 23:48 Oxunub 30157
Avtomobilə qanunsuz pərdə və plyonka vuranlar cərimələnir - REYD - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər 150 manat miqdarında cərimə olunur

Yol polisi pərdə və plyonka reydinə start verib. Avtosfer.az xəbər verir ki, kustar üsulla hazırlanmış, tətbiqinə icazə verilməyən pərdə və plyonkalardan istifadə edən avtomobillər bir-bir saxlanılaraq cərimə olunub. Reyd zamanı ötən illərlə müqayisədə qanunsuz pərdə və plyonkalardan istifadə edən sürücülərin xeyli azaldığı da məlum olub. Elə statistika da bunu göstərir. Kustar üsulla hazırlanmış pərdə və plyonkalardan, eləcə də rəngli şüşələrdən istifadə etməyə görə sürücülər 150 manat miqdarında cərimə olunur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, yol polisi tərəfindən belə reydlərin keçirilməsi mütəmadi şəkildə davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh