Sürücüləri aldadıb pul yığan şəxs belə ifşa olundu - DİQQƏT - VİDEO

Avtoxəbər 4 May 2017 00:28 Oxunub 6409
Sürücüləri aldadıb pul yığan şəxs belə ifşa olundu - DİQQƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu adamı yadda saxlayın; sürücülərdən benzim almaq adıyla pul dilənir

Zığ yolunda fırıldaqcılıqla məşğul olan şəxsin videosu sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, “VAZ-2107” markalı, 10 UT 489 dövlət nömrə nişanlı avtomobillə yolda dayanan şəxs oradan keçən maşınları saxlatdırıb benzinpulu adı ilə pul dilənir. Videodan da göründüyü kimi, həmin şəxs “maşının benzini bitib” deyərək yolda qaldığnı, avtomobildə ailə-uşaq olduğunu söyləyir. Ardınca isə sürücüdən 4 manat pul istəyir. Sürücü isə onun videosunu telefonla çəkərək “gəl otur, gedək benzin alaq” deyir. Lakin həmin şəxs yenə də pul istəməkdə davam edir. Az sonra isə telefonla videosunun çəkildiyini anlayaraq oradan uzaqlaşır və öz maşınına minib gedir. Videonu çəkən sürücünün “bəs, benzinin yoxuydu” replikasına isə reaksiya verməyərək yoluna davam edir.

Həmin görüntüləri təqdim edirik və sürücülərin diqqətinə çatdırırıq ki, belələrinin toruna düşməsinlər. Onlar geniş şəbəkə qurublar və demək olar ki, respublikanın hər yerində qarşınıza çıxa bilərlər. Əksər hallarda “benzin qurtarıb” deyərək pul istəyirlər. Bəzən isə “ziyarətdən gəlmişəm” deyərək dini hədiyyələri baha qiymətə satmağa çalışırlar. Onlar olduqca səliqəli geyinir və normal insan təsiri bağışlamağa çalışaraq dilənçi olduqlarını gizlədirlər. Bəzən hətta avtomobildə "ailə-uşaq" kimi insanlar da olur. Onlar da bu şəbəkənin üzvləridir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh