“Porsche” gənc qızı vurub öldürdü - 99 - 999 - FOTOLAR

Avtoxəbər 4 May 2017 12:04 Oxunub 6552
“Porsche” gənc qızı vurub öldürdü - 99 - 999 - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta bilib

Bakıda avtomobil gənc qızı vuraraq öldürüb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, paytaxt sakini Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta bilib. Faktla bağlı araşdırma aparılır.

***

Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib. Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh